ELM VƏ TƏHSİL


“Magistr” jurnalının dördüncü nömrəsi çapdan çıxıb

Bakı, 5 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” jurnalının 4-cü nömrəsini nəşr etdirib.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, jurnalın bu nömrəsində 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA-nın) magistraturalarına qəbul imtahanının ikinci mərhələsi və ixtisaslaşma seçimi haqqında elan dərc edilib. Nəşrdə, həmçinin “Bakalavrın elektron ərizəsi”ndə ixtisaslaşmaların seçimi vә tәsdiqi üçün təlimat, elektron ərizə formasının nümunəsi, müsabiqə şərtləri, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul aparılan ixtisaslaşmalar üzrə ümumi qəbul planı və dövlət sifarişi ilə qəbulun proqnozu təqdim olunub. AMEA-nın magistraturasına 2017/2018-ci tədris ili üçün qəbul aparılan ixtisaslaşmalar, müsabiqə şərtləri və müsahibənin keçiriləcəyi ünvanlar haqqında məlumat da jurnalda verilib.

Bakalavrların diqqətinə çatdırılır ki, həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul elanı və qəbul planı bir jurnalda – Azərbaycan dilində dərc edilib.

Jurnalı aşağıdakı ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən, kitab mağazalarından almaq və ya www.abiturient.az  saytından sifariş etmək olar: Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.