CƏMİYYƏT


Magistratura səviyyəsinə qəbul olunan bakalavrların qeydiyyatı başa çatıb

A+ A

Bakı, 13 iyul, AZƏRTAC

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrların qeydiyyatı başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AZƏRTAC-a bildirilib ki, qeydiyyat iyunun 28-dən iyulun 11-dək aparılıb. Magistraturaya qəbul olunan 5 min 359 bakalavrdan (o cümlədən “ADA” Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunan) 4 min 629-u göstərilən müddətdə ali təhsil müəssisələrində qeydiyyatdan keçib. Qeydiyyatdan keçməyən 730 bakalavrdan 270-i oğlan, 460-ı qızdır. Bakalavrın qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisaslaşma üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Boş qalan plan yerləri haqqında məlumat “Magistr” jurnalının 6 nömrəli buraxılışında veriləcək. İxtisaslaşma seçimi avqustun 8-dən 14-dək aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.