ELM VƏ TƏHSİL


Magistratura və rezidenturaya qəbul imtahanının ikinci mərhələsində iştirak üçün qeydiyyat davam edir

Bakı, 15 may, AZƏRTAC

Magistratura və rezidenturaya qəbul imtahanının ikinci mərhələsində iştirak üçün qeydiyyat davam edir.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsində iştirak üçün bakalavrlar tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 22-dək öz elektron ərizələrinə daxil olmaqla bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiqləməlidirlər.

Rezidenturaya qəbul olunmaq istəyənlər də ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak üçün tələb olunan məbləği şəxsi kabinetlərinin hesabına əlavə edib mayın 22-dək qeydiyyatdan keçməlidirlər.

Göstərilən müddətdə elektron ərizələrinə daxil olub qeydiyyatdan keçməyənlər imtahanların ikinci mərhələsinə buraxılmayacaqlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.