ELM VƏ TƏHSİL


Magistraturaya imtahan vermiş gənclər üçün müsahibə təşkil edilib

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunda (GGİ) magistraturaya qəbul imtahanının ilk mərhələsindən uğurla keçmiş gənclər üçün müsahibə təşkil olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, müsahibə akademik Əkpər Feyzullayevin sədrlik etdiyi Magistraturaya Müsahibə Komissiyası tərəfindən aparılıb. Müsahibədə iştirak edən 34 nəfərdən 33-ü uğur qazanıb. Onlar institutun magistraturasında olan 8 vakant yer üçün müsabiqədə iştirak edəcəklər.

Hazırda GGİ-də 4 magistr təhsil alır. Bundan əlavə, bir magistr dissertasiya işini uğurla müdafiə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.