ELM VƏ TƏHSİL


Magistraturaya ixtisaslaşma seçimi bu gün başa çatır

Bakı, 19 iyun, AZƏRTAC

2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ixtisaslaşma seçimi bu gün başa çatır.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, ixtisaslaşma seçiminə iyunun 9-dan başlanıb və bu proses iyunun 19-u saat 23.59-dək davam edəcək. İxtisaslaşmaları seçib hələ təsdiqləməyən, eləcə də ixtisaslaşmaların müsabiqəsində iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, göstərilən müddətdə ərizələrini təsdiqləsinlər.

Müsabiqəyə yalnız müəyyən edilmiş vaxt ərzində "Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiqləmiş bakalavrlar buraxılacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.