ELM VƏ TƏHSİL


Magistraturaya qəbul olmaq üçün 68, 69 və 70 nömrəli proqramları seçən bakalavrların qabiliyyət imtahanları davam edir

Bakı, 9 iyun, AZƏRTAC 

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə ixtisas magistraturasına qəbul olmaq istəyən bakalavrlar 2017/2018‑ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının ikinci mərhələsində ixtisas üzrə test tapşırıqlarının əvəzinə qabiliyyət imtahanı verirlər.

Dövlət imtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, 68, 69 və 70 nömrəli qəbul proqramları seçən bakalavrlar “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edib götürməli və iyunun 8-dən 10-dək vərəqədə göstərilən ünvanda qabiliyyət imtahanında iştirak etməlidirlər.

Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini, “Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni, musiqi sənəti istiqamətinin ixtisaslaşmalarını seçənlər, həmçinin musiqi ixtisaslaşmaları üzrə proqram formasını gətirməlidirlər.

Qabiliyyət imtahanının nəticəsinin qiymətləndirilməsi 10 ballıq şkala üzrə aparılır və bu nəticə magistraturaya qəbul qaydalarına əsasən 50 ballıq qiymətləndirmə şkalasına çevrilir. Qabiliyyət imtahanında beş və daha yüksək bal almış bakalavrlar imtahanın ikinci mərhələsi üzrə müsabiqə şərtini ödəmiş hesab olunurlar və ixtisaslaşma seçimində müvafiq ixtisaslaşmaları seçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.