ELM VƏ TƏHSİL


Magistraturaya qəbul proqramları üzrə plan yerləri və ixtisaslaşma seçiminə buraxılanların sayı müəyyənləşib

Bakı, 14 iyun, AZƏRTAC

2017/2018-ci tədris ilində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına ümumilikdə 7.709 plan yeri ayrılıb. Bunlardan 5.454-ü Azərbaycan bölməsi, 702-si rus bölməsi, qalan 1.553 yer isə hər iki bölmənin birgə müsabiqəsi üçün nəzərdə tutulub.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, magistraturaya qəbul imtahanının ikinci mərhələsinin nəticəsinə əsasən 8.313 bakalavr ixtisaslaşma seçimi etmək hüququ qazanıb. Magistraturaya qəbul aparılan 70 proqram üzrə ayrılıqda qəbul planı və ixtisaslaşma seçiminə buraxılanların sayı haqqında məlumatla DİM-in rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.