Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib

Bakı, 24 dekabr, Vüqar Əliyev, AZƏRTAC

Xəbər verdiyimiz kimi, dekabrın 23-də Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində Azərbaycanın və Dağıstanın görkəmli dövlət xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş elmi konfrans keçirilib.

Konfransda Rusiya Federasiyasının Dağıstan Respublikasının və Azərbaycan Respublikasının rəsmi şəxsləri, deputatlar, elm xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Əziz Əliyevin Mahaçqala şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə əklil qoyublar.

Tədbirdə çıxış edən Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov görkəmli dövlət xadimi Əziz Əliyevin çoxşaxəli fəaliyyətindən, Dağıstan və Azərbaycan xalqlarının dostluğunun möhkəmlənməsindəki xidmətlərindən danışıb.

O bildirib ki, konfransda iştirak etmək üçün Azərbaycandan geniş tərkibdə nümayəndə heyətinin gəlməsi Əziz Əliyevin şəxsiyyətinin böyüklüyü, Dağıstan və Azərbaycan xalqları arasında qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində oynadığı rolu xarakterizə edir.

“Əziz Əliyevin həyat və fəaliyyəti barədə danışmaq həm asan, eyni zamanda, çətindir. Çətindir ona görə ki, onun fəaliyyəti tarixin heç də asan olmayan dövründə miqyaslı xarakter daşıyıb. O nə edirdisə layiqincə, şərəflə, peşəkar və vətənpərvər kimi edirdi”, - deyə R.Abdulatipov vurğulayıb.

R.Abdulatipov vurğulayıb ki, Əziz Əliyev hətta tutduğu vəzifədən uzaqlaşdırıldıqdan sonra da Dağıstan, onun xalqı ilə əlaqələri kəsməyib. Dağıstanda onu sevən, ona xoş münasibət göstərən çoxlu dostu olub. “Əziz Əliyev Dağıstan torpağında parlaq iz, xalqımızın qəlbində xoş xatirə qoyub. Əziz Əliyevin əmək fəaliyyəti, həyat yolu, vətəni Azərbaycana və ikinci vətəni sayılan Dağıstana sevgisi bizə - həm dağıstanlılara, həm də azərbaycanlılara sülh və yaxşı qonşuluq şəraitində yaşamağı, dostluğu qorumağı, gənc nəsildə bu dostluğa hörmətlə yanaşmağı vəsiyyət edir”, - deyə o əlavə edib.

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Prezident İlham Əliyevin salamlarını konfrans iştirakçılarına çatdırıb. Dövlət müşaviri qeyd edib ki, Əziz Əliyevin xatirəsi Dağıstan xalqının yaddaşında daim yaşayır. Onun Mahaçqala şəhərinin mərkəzində ucaldılmış abidəsi bunun bariz nümunəsidir. “Dağıstanda Əziz Əliyevlə birgə işləyən, onu tanıyan bir çox tanınmış, hörmətli insanlar, mədəniyyət və elm xadimləri, sadə dağıstanlılar görkəmli dövlət xadimi haqqında qiymətli xatirələr söyləyiblər, onun həyat və fəaliyyəti barədə kitablar yazıblar. Bu insanlardan biri də Ramazan Hacımuradoviçdir ki, o, qəlbinin hərarəti ilə “Əziz Əliyev və Dağıstan” adlı kitab yazıb”, - deyə akademik əlavə edib.

Kamal Abdullayev bildirib ki, Azərbaycan və Dağıstan xalqları arasında dostluq münasibətlərinin dərin kökləri var. Ulu öndər Heydər Əliyev bu münasibətlərin qorunub inkişaf etdirilməsinə xüsusi diqqət göstərirdi. Hazırda bu siyasi kurs Prezident İlham Əliyev və Prezident Vladimir Putin tərəfindən uğurla davam etdirilir. Azərbaycanın və Dağıstanın çoxmillətli respublikalar olduğunu deyən Kamal Abdullayev bildirib ki, hər iki diyarda tolerantlıq və multikulturalizm qədim köklərə malikdir.

Əziz Əliyevin Dağıstanı, onun xalqını səmimi qəlbdən sevdiyini və bunu siyasi və ictimai xadim kimi fəaliyyəti ilə sübut etdiyini deyən dövlət müşaviri bildirib: “Çox qısa bir vaxtda o, dağıstanlıların etimadını və sevgisini qazanıb. Onlar bu gün də bu insanın respublika qarşısında xidmətlərini unutmur, onun xatirəsini əziz tuturlar. Qardaş Dağıstan xalqının dövlət, siyasi və ictimai xadimlərini bir araya toplayan bu mərasim də bunun bariz nümunəsidir”.

Dövlət müşaviri vurğulayıb ki, Əziz Əliyev çoxşaxəli siyasi fəaliyyəti ilə Dağıstan xalqının etnik-mədəni dəyərlərinin, dilinin qorunmasına və inkişafına, bu dillərdə qəzet, jurnal və kitabların nəşr edilməsinə, milli teatrların yaradılmasına xüsusi diqqət yetirirdi. “Əziz Əliyevin fəaliyyət dairəsini xarakterizə edən bütün bu faktlar onun multikultural dəyərlərə bağlılığından, ictimaiyyətdə müxtəlifliyin mövcud olmasına onun tolerant münasibətindən xəbər verir. O, əsrlər boyu formalaşmış etnik-mədəni müxtəlifliyi əsas dəyər hesab edirdi və onu qoruyurdu. Bu dəyərlər bu gün həm Azərbaycanda, həm Rusiyada, o cümlədən Dağıstanda xüsusi diqqət və qayğı ilə qorunur”, - deyə K.Abdullayev vurğulayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə Azərbaycan və Dağıstan xalqları arasında mövcud dostluq əlaqələrindən danışaraq bildirib ki, dövlət başçıları respublikalarımız arasında strateji xarakterə əsaslanan münasibətlər qurublar. O, Azərbaycan ilə Dağıstanı əsrlər boyu ümumi nailiyyətlərin bağladığını, xalqlarımızın və dövlət başçılarımızın səmimi qonşuluq, bərabərhüquqlu əməkdaşlıq və strateji tərəfdaşlıq nümunəsi nümayiş etdirdiklərini deyib. “Bu gün Dağıstan Azərbaycanın Rusiyanın regionları arasında ən böyük iqtisadi tərəfdaşıdır. Bu, çoxəsrlik ünsiyyət ənənələrinə, sıx və çoxşaxəli əlaqələrə malik yaxın qonşular arasında belə də olmalıdır. Əziz Əliyevin bir sıra illər ərzində Dağıstan Respublikasının rəhbəri olması ölkələrimizin xalqlarının tarixi taleyinin konkret insanların taleyində çulğalaşmasının parlaq əksidir”, - deyə A.Əlizadə vurğulayıb.

Görkəmli dövlət xadiminin Böyük Vətən müharibəsi zamanı siyasi fəaliyyətindən ətraflı danışan AMEA-nın prezidenti bildirib ki, o çətin illərdə Vermaxt ordusu faşist Almaniyasının strateji hədəflərindən biri olan Azərbaycana – neftlə zəngin Bakının sərhədlərinə yaxınlaşırdı. Bu yolda isə Bakının neft hövzəsini qoruyan Dağıstan dayanırdı. Bu dövrdə Sovet hakimiyyətinə ciddi qərarlar verməyi bacaran rəhbər lazım idi. Bu çox böyük işin öhdəsindən təcrübəli, regionu yaxşı tanıyan rəhbər gələ bilərdi və məhz buna görə də ölkə rəhbərliyi Əziz Əliyevi 1942-ci ildə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsinə təyin etdi.

Akademik vurğulayıb ki, Azərbaycanın və Dağıstanın dövlət xadimi olan Əziz Əliyev tutduğu vəzifələrdən asılı olmayaraq onun həyatının əsas mənası səhiyyə ilə bağlı idi. Azərbaycanda müasir səhiyyənin təməli sovet dövründə qoyulub. Xalqımız bu sahəni formalaşdıranları ehtiramla anır və bu insanların arasında Əziz Əliyevin də şərəfli adı var.

Görkəmli dövlət xadimi Əziz Əliyevin səhiyyə sahəsində xidmətlərindən danışan Milli Məclisin səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov qeyd edib ki, bu gün yubileyini qeyd etdiyimiz, elm, təhsil, səhiyyə sahələrində istedadlı təşkilatçı olan və bu sahələrdə böyük nailiyyətlər əldə edən Əziz Əliyev tariximizin görkəmli şəxsiyyətlərindən biridir. Səhiyyə, elm və təhsil sahəsinin böyük bir dövrü Əziz Əliyevin adı ilə bağlıdır. 1930-cu illərdə Azərbaycanda peşəkar həkimlər çatışmırdı və buna görə də Tibb Universiteti yaradıldı. 1932-ci ildə Əziz Əliyev bu universitetin rektoru oldu və mükəmməl ali təhsil müəssisəsi yarada bildi. O, səhiyyə sahəsinin maddi-texniki bazasının təkmilləşdirilməsinə, peşəkar kadrların hazırlanmasına, gənclərin xaricdə təhsil almalarına böyük önəm verib. Onun ən böyük xidmətlərindən biri də Tibb Universitetində fənlərin ana dilimizdə tədris edilməsinin təşkili idi. Əziz Əliyevin rəhbərliyi dövründə Tibb Universiteti üçün Azərbaycan dilində çoxlu sayda kitablar yazılıb. Bu, o dövr üçün çox çətin idi.

Akademik bildirib ki, Əziz Əliyev repressiyada olduğu üç il müddətində də boş oturmayıb, çoxlu monoqrafiyalar, məqalələr, kitablar yazıb. Milli Məclisin komitə sədri vurğulayıb ki, Əziz Əliyevin artıq 55 ildir aramızda olmamasına baxmayaraq, o, bu gün də bizim xalqlarımızı birləşdirir və düşünürəm ki, Azərbaycan və Dağıstan xalqlarının rəmzidir.

Tədbirin yüksək səviyyədə təşkil edildiyinə görə Dağıstan Respublikasının başçısına və xalqına minnətdarlığını bildirən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev vurğulayıb ki, bu mərasim, eyni zamanda, Dağıstan və Azərbaycan xalqlarının dostluğunun və qardaşlığının bayramıdır. Görkəmli dövlət xadimi Əziz Əliyev haqqında bu günədək çox xoş sözlərin deyildiyini bildirən Ş.Xanbabayev həmin fikirlərin arasında ən layiqlisinin məhz ulu öndər Heydər Əliyevin səsləndirdiyini vurğulayıb. Ulu öndər Heydər Əliyev deyirdi: “Əziz Əliyev həm həkim, həm alim, həm də səhiyyə təşkilatçısı idi. O, dövlət xadimi, nazir, çətin illərdə Azərbaycanın rəhbərlərindən biri, XX əsrin ən ağır illərində Dağıstanın birinci rəhbəri idi. Bizim xalqımız üçün bunun xüsusi əhəmiyyəti var, ona görə ki, xalqımız, Azərbaycanın ən yaxşı oğulları təkcə öz ölkəsində deyil, həm də başqa ölkələrdə, respublikalarda layiqli yer tuta bilir. Bu, hər bir azərbaycanlının qəlbində çox böyük iftixar hissi doğurur”. Ümummilli lider Heydər Əliyevin Əziz Əliyev haqqında dediyi bu sözlər böyük şəxsiyyətin bütün ömür yolunu əks etdirir.

Məruzə ilə çıxış edən Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli qeyd edib ki, Əziz Əliyevin zəngin bioqrafiyasını vərəqləyərkən onun daxılı enerjisinin, həyatsevərliyinin şahidi olursan. Dövlət xadiminin xüsusi təşkilatçılıq bacarığından danışan rektor bildirib ki, Əziz Əliyev hər zaman xalqın yanında olub. Onun elmi əsərləri indi də aktuallığını itirmir.

“Əziz Əliyev həyatının əsl mənasını vətənpərvərlikdə, xalqa yardım etməkdə, gənc kadrların hazırlanmasında, ölkə üçün məsuliyyətli tapşırıqların reallaşdırılmasında görürdü. Əziz Əliyev qeyri-adi təşkilati istedada, yaradıcılıq bacarığına, hərtərəfli akademik təhsilə sahib idi. Onun həyatının böyük hissəsi Azərbaycanda səhiyyə sahəsinin inkişafına həsr olunub”, - deyə G.Gəraybəyli bildirib.

Çıxış edən Dağıstan Elm Mərkəzinin tarix, arxeologiya və etnoqrafiya institutunun professoru Murtuzəli Hacıyev qeyd edib ki, İkinci Dünya müharibəsi illərində və ondan sonrakı dövrdə Əziz Əliyevin Dağıstan Respublikasının inkişafında böyük rolu olub. Onun adı Azərbaycan və Dağıstan tarixinin parlaq səhifələrini təşkil edir.

Konfransda çıxış edən digər natiqlər Əziz Əliyevin görkəmli dövlət xadimi olmaqla yanaşı, elmi fəaliyyətdə də böyük uğurlar qazandığını söyləyib, milli tibb kadrlarının, səhiyyə işçilərinin hazırlanmasında onun xidmətlərini xüsusi qeyd ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO