Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsinin açılışı olub [YENİLƏNİB] VİDEO

Mahaçqala, 11 may, Elxan Yusifli, AZƏRTAC

Mayın 11-də Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində vaxtilə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi işləmiş görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, mərasimdə Rusiya Federasiyasının Dağıstan Respublikasının və Azərbaycan Respublikasının rəsmi şəxsləri, Mahaçqala şəhəri ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mahaçqalada Əziz Əliyevin adını daşıyan küçədə ucaldılan abidənin üzərindəki örtük tədbir iştirakçılarının alqış sədaları altında götürülüb.

Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov mərasimdə çıxış edərək Mahaçqalada böyük dövlət xadimi Əziz Əliyevin abidəsinin ucaldılması təşəbbüsünə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib. O, abidənin yaradılmasında əməyi olan hər kəsə təşəkkür edərək vurğulayıb ki, çoxşaxəli fəaliyyəti, humanizmi və qayğıkeşliyi sayəsində Əziz Əliyev Dağıstan və Azərbaycan xalqlarının sarsılmaz dostluğunun rəmzinə çevrilib. R.Abdulatipov Əziz Əliyevin Dağıstana başçılıq etdiyi çox mürəkkəb bir dövrdə - 1942-1948-ci illərdə respublikanın inkişafı üçün gördüyü böyük işlərdən söhbət açıb. O, Ə.Əliyevin Dağıstanda xalq sənətlərinin, teatrın inkişafı istiqamətində gördüyü işlərdən söhbət açaraq deyib: “Əziz Əliyev hətta ən ağır müharibə illərində həmişə Dağıstanın gələcəyi barədə düşünən nadir insan idi. Dağıstana doğma ölkəsi kimi yanaşırdı. O, dağıstanlılara doğma qardaşları kimi baxırdı. Əziz Əliyevin abidəsi burada çoxdan ucaldılmalı idi. O, buna layiqdir”. R.Abdulatipov vurğulayıb ki, abidənin ucaldılması Əziz Əliyevin xatirəsinə və Azərbaycana dərin ehtiramın daha bir təsdiqidir.

Azərbaycan Respublikasında ilk dəfə keçiriləcək Dağıstan Günlərində iştirak etmək üçün böyük nümayəndə heyəti ilə Azərbaycana yola düşəcəyini diqqətə çatdıran R.Abdulatipov deyib: “Biz əlaqələrimizi möhkəmləndirmək, həm iqtisadi, həm də mədəni əməkdaşlığımızı inkişaf etdirmək üçün Azərbaycana gedirik. Azərbaycan müstəqillik illəri ərzində böyük uğurlar qazanıb. Qonşumuzdan çox şey öyrənə bilərik”.

Ramazan Abdulatipov bildirib ki, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Dağıstan Respublikası qarşısında xidmətləri ilə bağlı “Doğma yurda məhəbbətə görə” fəxri nişanına layiq görülüb. O, incəsənət sahəsində xidmətlərinə və çoxillik yaradıcılıq fəaliyyətinə görə Azərbaycan Memarlar İttifaqının idarə heyətinin sədri Elbay Qasımzadəyə və heykəltəraş, Azərbaycanın Xalq Rəssamı Ömər Eldarova “Dağıstan Respublikasının Əməkdar Rəssamı” fəxri adının verildiyini elan edib. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev Azərbaycan və Dağıstan arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfələrə görə Dağıstan Respublikasının Fəxri fərmanı ilə mükafatlandırılıb.

Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov mükafatları təqdim edib.

Sonra Azərbaycan Respublikasının Baş nazirinin birinci müavini Yaqub Eyyubov tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səmimi salamlarını və təbriklərini tədbir iştirakçılarına çatdırıb. O, qeyd edib ki, bu gün çox əlamətdar gündür. Azərbaycan ilə Dağıstan arasında sıx əlaqələr olduğunu xatırladan Y.Eyyubov deyib: “Bizi bütün həyatımız, əcdadlarımız, qanımız bağlayır”. O, əfsanəvi Əziz Əliyevin əməyinə verilən yüksək qiymətə görə Dağıstan Respublikasının rəhbərliyinə və Dağıstan xalqına təşəkkürünü bildirib.

Baş nazirin birinci müavini böyük dövlət xadimi Əziz Əliyevin Dağıstandakı fəaliyyətindən danışaraq vurğulayıb ki, o, Dağıstan xalqının rifahı naminə əlindən gələni edirdi. Y.Eyyubov vurğulayıb: “Biz və dağıstanlılar eyni adətlərə, eyni etiqada mənsub insanlarıq. Biz həmişə bir yerdə olmalıyıq. Bizim gücümüz bundadır. Dağıstan böyük Rusiya, rus xalqı ilə münasibətlərimizi əlaqələndirən, möhkəmləndirən körpüdür”.

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri Konstantin Kosaçev mərasimdə çıxış edərək Əziz Əliyevin abidəsinin açılmasını Dağıstan və Azərbaycan üçün vacib, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası üçün çox rəmzi hadisə kimi dəyərləndirib. O bildirib ki, Əziz Əliyev xalqlarımızın zamanın sınağından keçmiş dostluğunun rəmzidir. Ölkələrimiz arasında münasibətlərin hazırda yüksəliş dövrünü yaşadığını vurğulayan parlament komitəsinin sədri deyib: “Biz bu münasibətləri iki bərabərhüquqlu, suveren, bir-birinə hörmətlə yanaşan tərəfdaşın münasibətləri kimi inkişaf etdiririk”. O, RF Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun salamlarını tədbir iştirakçılarına çatdıraraq əmin olduğunu bildirib ki, Azərbaycan Respublikasında ilk dəfə keçiriləcək Dağıstan Günləri təkcə regional deyil, həm də dövlətlərarası əhəmiyyət daşıyan hadisəyə çevriləcək.

Azərbaycan və Dağıstan xalqları arasında dostluq münasibətlərindən danışan natiqlər ümummilli lider Heydər Əliyevin bu sahədə xüsusi xidmətlərini qeyd ediblər. Vurğulanıb ki, xalqlarımızın qədim tarixə malik dostluq əlaqələri ulu öndər Heydər Əliyevin müdrik siyasəti sayəsində daha da möhkəmlənib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu siyasəti uğurla davam etdirir.

Görkəmli dövlət xadimi Əziz Əliyevin oğlu, Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru, akademik Cəmil Əliyev Mahaçqalada ucaldılmış bu abidənin qardaş xalqlarımız arasında dostluğun rəmzi olmasını vurğulayaraq bu işə töhfə vermiş hər kəsə, atasının xatirəsinə göstərilən ehtirama görə təşəkkürünü bildirib. O qeyd edib ki, Əziz Əliyev ömrü boyu Dağıstan haqqında xatirələrlə yaşayıb və bu diyara sevgi hissini özünün bütün doğmalarına və yaxınlarına təlqin edib.

Açılış mərasimində çıxış edən Xaçmaz Rayonu İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev bildirib ki, Əziz Əliyevə abidə ucaldılması ilə yanaşı, Mahaçqalada onun adını daşıyan küçədə yerləşən 5 nömrəli uşaq incəsənət məktəbinin binası əsaslı təmir edilib.

Çıxışlarda vurğulanıb ki, Dağıstan Respublikasının görkəmli şəxsiyyətlərinə Azərbaycanda həmişə böyük hörmət bəslənilib. Xaçmaz şəhərində Xaçmaz-Dərbənd dostluq abidəsi və Xalqlar Dostluğu Muzeyi yaradılıb.

Görkəmli dövlət xadimi Əziz Əliyevə Mahaçqalada ucaldılmış abidənin müəllifi heykəltəraş Ömər Eldarovdur.

Abidənin açılışından sonra mərasim iştirakçıları 5 nömrəli uşaq incəsənət məktəbi şagirdlərinin konsertini dinlədilər.

Sonra Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov və Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun görüşü olub. Görüşdə Azərbaycan ilə Rusiya və onun subyektləri arasında əməkdaşlıq və dostluq əlaqələrinin inkişafından danışılıb.

Elxan Yusifli

AZƏRTAC-ın müxbiri

Mahaçqala

Mahaçqalada görkəmli dövlət xadimi Əziz Əliyevin abidəsinin açılışı olub [YENİLƏNİB] VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB VİDEO

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir VİDEO

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub