DÜNYA


Mahir Dərziyev: Kaxa Kaladze Tbilisi şəhərinin meri vəzifəsinə ən real namizəddir

Tbilisi, 1 iyul, AZƏRTAC

Gürcüstanın hakim "Gürcü arzusu-demokratik Gürcüstan" Partiyasının siyasi şurasının iyulun 1-də keçirilən iclasında Tbilisi şəhərinin meri vəzifəsinə Baş nazirin müavini, energetika naziri Kaxa Kaladzenin namizədliyi irəli sürülüb.

Bunu AZƏRTAC-a müsahibəsində parlamentin deputatı Mahir Dərziyev söyləyib.

M.Dərziyev deyib ki, Kaxa Kaladze Gürcüstanın ictimai-siyasi həyatında böyük nüfuza malik insandır. Onu təkcə Gürcüstanda deyil, dünyada, eləcə də qardaş Azərbaycanda da yaxşı tanıyırlar. O, bütün sahələrdə özünü doğruldub və Tbilisi şəhərinin meri vəzifəsinə də layiq olduğunu sübut edib. Deputatın sözlərinə görə, digər partiyalar da Tbilisi şəhərinin meri vəzifəsinə öz namizədlərinin adlarını bildiriblər. Lakin insanların içərisində bu vəzifəyə ən layiqli namizəd Kaxa Kaladzedir.

"Mən əminəm ki, Kaxa Kaladze bu seçkilərdə elə birinci turda da qalib gələcək", - deyə M.Dərziyev vurğulayıb.

Qeyd edək ki, bu ilin oktyabrında Gürcüstanda yerli özünü idarəetmə orqanlarına seçkilər keçiriləcək. Bu seçkilərdə bələdiyyələrlə yanaşı, Tbilisi şəhərinin meri də seçiləcək. Yeni qanunvericiliyə əsasən Tbilisi şəhərinin meri 4 illiyinə seçiləcək. Seçkilərin vaxtını Gürcüstan Prezidenti yaxın vaxtlarda elan edəcək.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.