MƏDƏNİYYƏT


Mahmud Kaşqari Fondunun fəaliyyətinin on illiyi qeyd olunub

A+ A

Bakı, 25 noyabr, Aynur İsmayılova, AZƏRTAC

Beynəlxalq Mətbuat Mərkəzində Mahmud Kaşqari Fondunun on illiyi qeyd olunub. Tədbir çərçivəsində qurumun təsis etdiyi medallar laureatlara təqdim edilib.

AZƏRTAC xəbər verir ki, fondun icraçı direktoru Elxan Zal Qaraxanlı rəhbərlik etdiyi qurumun fəaliyyəti ilə bağlı məlumat verib. Bildirib ki, ötən illər ərzində fond tərəfindən bir sıra mühüm layihələr reallaşdırılıb. O, medalla təltif edilən şəxslərin türk dünyası mədəniyyətinin inkişafı naminə böyük işlər gördüklərini bildirib.

Fondun sədr müavini, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza gələn il böyük türk alimi Mahmud Kaşqarinin min illiyi ilə bağlı geniş tədbir keçiriləcəyini diqqətə çatdırıb.

Sonra fondun mükafat komissiyası tərəfindən, ümumtürk mədəniyyəti qarşısında xidmətlərinə görə, bir sıra tanınmış ədəbiyyat adamına medallar təqdim olunub.

Medal alanlar sırasında Xalq Şairi Sabir Rüstəmxanlı, tanınmış şair və yazıçı Əjdər Ol, Azərbaycan ədəbiyyatının yaxın dostu və təbliğçisi İmdat Avşar, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu və başqaları da vardır.

Onlar təltif olunmaları münasibətilə qurumun rəhbərliyinə minnətdarlıqlarını bildirib və bundan sonra da öz yaradıcılıqları ilə ümumtürk mədəniyyətinə yeni töhfələr verəcəklərini söyləyiblər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.