İQTİSADİYYAT


Mahmud Vaezi: Azərbaycan rəsmiləri ilə keçirdiyim bütün görüşlər səmərəli olub

A+ A

Tehran, 1 dekabr, AZƏRTAC

İran ilə Azərbaycan arasındakı iqtisadi əlaqələr yüksələn xətlə inkişaf edir. Cari ildə iki ölkə arasındakı ticarət dövriyyəsində 75 faizlik artım müşahidə edilib ki, bu da iqtisadi münasibətlərin perspektivdəki inkişafından xəbər verir.

Bu fikri İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezi deyib.

Noyabrın 28-də Azərbaycana etdiyi səfərin nəticələri haqqında yerli mətbuata məlumat verən M.Vaezi bildirib ki, Azərbaycan rəsmiləri ilə keçirdiyi bütün görüşlər səmərəli olub.

Onun sözlərinə görə Azərbaycanda iş adamları üçün münbit şərait yaradılıb. Ona görə də İranın özəl sektorunun nümayəndələrinin Azərbaycan bazarına daxıl olmaları üçün razılıq əldə olunub. Neftçala rayonunda avtomobil, Sumqayıt şəhərində isə dərman istehsal edən zavodlarının tikintisi ilə bağlı razılıq əldə edilib.

Nazir bildirib ki, Rəşt-Astara dəmir yolunun inşasının maliyyələşdirilməsi də nəzərdən keçirilib və mütəxəssislərdən ibarət komitə yaradılıb. Bu komitə yolun səmərəliliyini əsaslandırıb təkliflər verəcək.

Nazir onu da qeyd edib ki, , İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının növbəti iclası dekabrın ikinci yarısında Bakıda və Naxçıvanda keçiriləcək.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.