MƏDƏNİYYƏT


Mahnı Teatrında uşaqlar üçün konsert proqramı hazırlanır

Bakı, 9 iyun, AZƏRTAC

Bakı Uşaq Teatrı nəzdində fəaliyyət göstərən “Günay” Uşaq Teatrı balacalar üçün konsert proqramı hazırlayır. R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının dəstəyi ilə reallaşacaq konsert proqramı iyunun 26-da təqdim olunacaq.

Bu barədə AZƏRTAC-a Mahnı Teatrının direktor müavini İlqar Musayev məlumat verib. O deyib ki, hazırda “Günay” Uşaq Teatrının üzvləri konsert proqramının məşqlərinə cəlb ediliblər. Konsertdə teatrın üzvləri bir-birindən maraqlı nömrələrlə çıxış edəcəklər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.