MƏDƏNİYYƏT


Mahnı Teatrında uşaqlar üçün yeni tamaşa hazırlanır

Bakı, 8 iyun, AZƏRTAC

İyunun 18-də R.Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında uşaqlar üçün İ.Morazovun əsəri əsasında hazırlanmış “Doktor Aybolit” adlı tamaşanın premyerası olacaq.

Mahnı Teatrının təşkilatçılığı ilə nümayiş ediləcək səhnə əsəri xoreoqraf Ella Hacıyevanın quruluşunda təqdim ediləcək.

Bu barədə AZƏRTAC-a teatrın direktor müavini İlqar Musayev məlumat verib. Gözlənilməz macarlarla dolu olan səhnə əsərinin janrı ikipərdəli baletdir. Tamaşanın qəhrəmanı bütün növ heyvanları xilas etmək üçün mübarizə aparır.

Tamaşanın premyerasına qatılmaq istəyənlər biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.