REGİONLAR
Mahnı və rəqs müsabiqəsində 30-a yaxın yeniyetmə və gənc iştirak edib
Culfa, 28 noyabr, AZƏRTAC
Muxtar respublikanın Culfa rayonunun Mədəniyyət Evində keçirilən milli mahnılar və rəqs müsabiqəsinə yekun vurulub. Tədbirdə 30-a yaxın yeniyetmə və gənc iştirak edib.
AZƏRTAC xəbər verir ki, Culfa rayon Gənclər və İdman İdarəsi, Təhsil, Mədəniyyət və Turizm şöbələrinin istedadlı yeniyetmə və gənclərin üzə çıxarılması məqsədilə təşkil etdiyi müsabiqə 2 nominasiya üzrə keçirilib.
Culfa şəhərindəki uşaq bağçasının “Körpə fidanlar” rəqs qrupu birinci yerə layiq görülüb. Gülüstan kənd mədəniyyət evinin yetirməsi İnci Quluzadə ifa etdiyi “Ana Vətən” rəqsinə görə ikinci, rayon Uşaq Yaradıcılıq Mərkəzi “Arşın mal alan” rəqs qrupu üçüncü olub.
Yekunda qalib və fərqlənən iştirakçılara təşkilatçılar tərəfindən diplomlar təqdim edilib.