SİYASƏT
Makedoniya Respublikasının Prezidenti IV Qlobal Bakı Forumuna hazırlıq konfransında iştirak edib
Bakı, 8 fevral, AZƏRTAC
Makedoniya Respublikasının paytaxtı Skopyedə “Sivilizasiyalararası dialoq-qarşıdakı yol” mövzusunda konfrans keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Sivilizasiyalar Alyansı Fondunun təşkilatçılığı ilə keçirilən konfransda Makedoniya Respublikasının Prezidenti George İvanov, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Seragəldin, BMT-nin Sivilizasiyalar Alyansının Makedoniyadakı xüsusi elçisi Darko Kostadinovski, Skopye Universitetinin professoru Zoran İlievski çıxış ediblər.
Konfransda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin fəaliyyəti, martın 10-11-də Bakıda keçiriləcək IV Qlobal Bakı Forumunun gündəliyində duran məsələlər müzakirə olunub.