İDMAN


“Maklaren” pilotları Azərbaycan Qran-Prisində 15 mövqe cərimələniblər

Bakı, 23 iyun, AZƏRTAC

“Maklaren” komandasının Formula-1 pilotları - Fernando Alonso və Stoffel Vandornun hər biri Azərbaycan Qran-Prisinin start düzülüşündə 15 mövqe cərimələnib.

Sanksiyalar “Honda”nın güc qurğusunun turbokompressorlarının plandankənar əvəzlənməsi ilə bağlıdır. “Maklaren” mövsüm ərzində artıq altıncı dəfədir turbokompressorları dəyişir, halbuki müəyyən edilmiş limitə görə, güc qurğusunun hər bir komponenti çempionat ərzində yalnız dörd dəfə dəyişdirilə bilər.

F.Alonsonun bolidinə mövsüm ərzində dördüncü yeni daxili yanma mühərriki də qoyulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.