SİYASƏT


Maksim Minçev: Prezident İlham Əliyevin konkret faktlara əsaslanan nitqi mənə güclü təsir bağışladı

A+ A

Bakı, 16 noyabr, Əziz Məmmədov, AZƏRTAC

Bu mənim Bakıya ilk gəlişim deyil. Burada müxtəlif forumlarda iştirak etmişəm. Əmin idim ki, Azərbaycan tərəfi və AZƏRTAC Dünya Konqresini gözəl təşkil edəcək. Bu gün bütün bunlar artıq reallıqdır. Prezident İlham Əliyevin konkret faktlara əsaslanan nitqi mənə güclü təsir bağışladı.

Bu fikirləri V Konqresin iştirakçısı, Bolqarıstan Teleqraf Agentliyinin (BTA) baş direktoru Maksim Minçev AZƏRTAC-a eksklüziv müsahibədə söyləyib.

BTA-nın baş direktoru deyib: “Əminəm ki, Dünya Xəbər Agentliklərinin Bakıda keçirilən V Konqresi ən uğurlu konqreslərdən biri olacaq və informasiya agentliklərində çalışan jurnalistlərə yeni stimul verəcək. Ona görə ki, burada toxunduğumuz bütün mövzular çox maraqlı və aktualdır. Bu, bizi sevindirməyə bilməz”.

Dünya Konqresinə bir çox ölkələrin məşhur xəbər agentliklərindən nümayəndələrin gəlməsini yüksək dəyərləndirən Maksim Minçev tədbirin qüsursuz təşkil olunduğunu deyib: “Əslində bu, mənim üçün yenilik deyil. Çünki Azərbaycan və AZƏRTAC-ın beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyinin dəfələrlə şahidi olmuşam. Ən başlıcası, Bakıda bütün dünyadan gələn çoxlu qonağı qarşılamaq üçün hər cür şərait var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.