İDMAN
Maksim Şemberev İslamiadada üçüncü çempionluğunu rəsmiləşdirib
Bakı, 16 may, G.Mahmudlu, AZƏRTAC
Kişilər arasında 200 metr məsafəyə batterflay üsulla üzmə yarışında Azərbaycan idmançısı Maksim Şemberev qalib gələrək üçüncü çempionluğunu bayram edib.
AZƏRTAC xəbər verir ki, atletimiz 1:57.22 saniyəlik nəticə ilə üçüncü çempionluğunu rəsmiləşdirib. Digər iki pilləni isə Türkiyə təmsilçiləri tutublar. Kaan Özcan 1:59.80 saniyə nəticə göstərərək gümüş, Səməd Alkan isə 2:00.92 saniyə ilə bürünc medalın sahibi olub.