DÜNYA


“Malaysia Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi Londonda qəzalı eniş edib

Tokio, 22 dekabr, AZƏRTAC

“Malaysia Airlines” şirkətinə məxsus sərnişin təyyarəsi dekabrın 22-də qapılardan birində yaranan texniki nasazlığa görə London aeroportuna qəzalı eniş edib. Bu barədə şirkətin yaydığı məlumatda bildirilir.

Hadisə Böyük Britaniyanın paytaxtından Kuala Lumpura uçan “Airbus A380” təyyarəsi Almaniyaya məxsus hava məkanında olarkən baş verib. Şirkətdən bildirilir ki, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün kapitan təyyarənin geriyə dönməsi və qəzalı eniş etməsi barədə qərar qəbul edib.

Hazırda mütəxəssislər təyyarənin texniki vəziyyətini araşdırırlar. Sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə lazımi tədbirlər görülür.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.