DÜNYA


Malayziya Kim Çen Namın cəsədini Şimali Koreyaya verəcək

Bakı, 16 fevral, AZƏRTAC

Malayziya lazımi prosedurlar başa çatdıqdan sonra KXDR-in lideri Kim Çen Inın fevralın 13-də öldürüldüyü güman edilən qardaşı Kim Çen Namın cəsədini Şimali Koreyaya təhvil verəcək. Bu barədə Malayziya Baş nazirinin müavini Əhməd Zahid Həmdi bildirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Əhməd Zahid Həmdinin sözlərinə görə, Kim Çen Namın cəsədi yarılsa da, onun ölümünün dəqiq səbəbləri hələlik müəyyən olunmayıb.

Fevralın 16-da Kim Çen Namın mümkün qətli ilə əlaqədar bir nəfər həbs olunub. Bundan öncə isə Malayziya polisi bu işlə bağlı ikinci şübhəlinin də saxlanıldığını rəsmən bəyan edib. Saxlanılan qadının üzərindən İndoneziya pasportu çıxıb. Onun mümkün cinayət ortağı isə fevralın 15-də tutulub.

Xatırladaq ki, başgicəllənməsi şikayəti ilə uçuş zalının əməkdaşlarına müraciət edən Kim Çen Nam kiminsə arxadan ona yaxınlaşaraq üzünə maye çilədiyini bildirib. Hava limanının tibb məntəqəsinə gətirilən Nam burada güclü başağrısı hiss edib və xəstəxanaya aparılarkən yolda keçinib.

Müstəntiqlər onun zəhərlənərək öldürüldüyünü güman edirlər. Müxtəlif versiyalara görə, Namın bədəninə zəhərli iynə sancılıb, yaxud sifətinə toksik maye və ya xüsusi maddə hopdurulmuş tampon atılıb. Lakin bu versiyaların heç biri rəsmi şəkildə təsdiq olunmayıb.

Kim Çen Nam KXDR-in keçmiş lideri Kim Çen İrin aktrisa Son Xe Rimdən olan oğludur. Bir vaxtlar o, Kim Çen İrin mümkün varisi hesab edilsə də, 2001-ci ildə saxta sənədlə Yaponiyaya keçmək istəyərkən baş verən insidentdən sonra siyasi cəhətdən iflasa uğrayıb. Bundan sonra vətənini tərk edərək Çinin Makao şəhərinə köçüb və burada bizneslə məşğul olmağa başlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.