DÜNYA
Malayziya hökuməti Kim Çen Namın cəsədini götürmək üçün ailəsinə üç həftə vaxt verib
Tokio, 13 mart, AZƏRTAC
Malayziya hökuməti Kim Çen Namın cəsədini şəhər morqundan götürmək üçün ailəsinə ən çoxu üç həftə vaxt verdiyini bildirib. Bu barədə bəyanatla səhiyyə naziri Subtamaniam Satxasivam çıxış edib.
Nazir deyib: “Biz bilirik ki, onun həyat yoldaşı və uşaqları var. Hazırda cəsədin şəxsiyyəti dəqiqləşdirilib və biz onun ailəsindən tezliklə cavab alacağımıza inanırıq”. O, əlavə edib ki, hökumət “iki-üç həftə” gözləməyə hazırdır. Əgər həmin müddətdə rəsmi müraciət daxil olmazsa, “onda Baş nazirin ofisinin, Daxili İşlər, Xarici İşlər və Səhiyyə nazirliklərinin nümayəndələri birlikdə sonrakı addımları müzakirə edəcəklər”.
Bundan bir neçə gün əvvəl səhiyyə nazirinin müavini Hilmi Yəhya Kim Çen Namın cəsədinin Malayziyada yandırılmasının mümkünlüyünü bildirmişdi.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [17:56]
“Reuters”: İlon Maskın “SpaceX” şirkətində xəsarət alan işçilərin sayı artır
- 23.04.2024 [17:54]
Çexiya cəmiyyəti avroya keçməyə hazırdır?
- 23.04.2024 [16:50]
Cibuti sahillərində miqrant qayığının batması nəticəsində 16 nəfər ölüb
- 23.04.2024 [16:47]
Alimlər heyvanlarda şüuru tanıyan bəyannamə imzalayıblar
- 23.04.2024 [16:43]
Latviya məktəblərində rus dilinin tədrisi dayandırılacaq
- 23.04.2024 [16:33]
Türkiyə Prezidenti müxtəlif ölkələrdən Ankaraya gələn uşaqlarla görüşüb
- 23.04.2024 [16:16]
Britaniya Ukraynaya ən böyük hərbi yardım paketini elan edəcək
- 23.04.2024 [16:14]
Pakistan iqtisadiyyatında artım müşahidə olunur
- 23.04.2024 [15:57]