DÜNYA
Malayziya və Filippin ekstremistlərə qarşı birgə mübarizə barədə razılığa gəliblər
Tokio,11 noyabr, AZƏRTAC
Malayziya və Filippin özəl gəmilərdəki dənizçiləri girov götürərək pul tələb edən ekstremistlərə qarşı birgə mübarizə barədə razılıq əldə ediblər.
Yaponiyanın NHK televiziya kanalının verdiyi məlumata görə, həmin razılıq Malayziyanın Baş naziri Nəcib Razak ilə Filippin Prezidenti Rodriqo Duterte arasında Kuala Lumpurda keçirilən görüşdə əldə olunub.
Görüşdən sonra jurnalistlərə açıqlama verən N.Razak bildirib ki, bu iki ölkə Filippin və Şərqi Malayziya akvatoriyasında insanları oğurlayan Abu Sayyaf yaraqlılarına qarşı mübarizədə əməkdaşlıq edəcəklər.
Baş nazir, həmçinin qeyd edib ki, Filippin Abu Sayyafa məxsus gəmiləri izləmək üçün Malayziya sahil mühafizəsi gəmilərinə öz ərazi sularına girməyə icazə verəcək.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio