DÜNYA


Malayziyada 900 min litr dizel yanacağı daşıyan tanker oğurlanıb

A+ A

Tokio, 17 avqust, AZƏRTAC

Göyərtəsində 900 min litr dizel yanacağı olan tenker Malayziyaya məxsus sularda oğurlanıb. Bu barədə “New Straits Times” nəşri Malayziya hökumət orqanlarına istinadla məlumat yayıb.

Qəzetin verdiyi məlumatda bildirilir ki, tanker hazırda Batam adaları yaxınlığında, İndoneziyaya məxsus sulardadır. Oğurlanmış yükün ümumi məbləği 1,57 milyon rinqit (392 min dollardan çox) təşkil edir.

Malayziyanın hökumət orqanları tankerin kim tərəfindən oğurlandığını hələlik dəqiqləşdirə bilməyib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.