DÜNYA


Malayziyada qayıq çevrilib: 8 nəfər həlak olub, 20 nəfər itkin düşüb

A+ A

Bakı, 25 iyul, AZƏRTAC

Malayziyanın cənubunda yerləşən Cohor ştatında qayıq çevrilib. Hadisə nəticəsində 8 nəfər həyatını itirib, 20 nəfər isə itkin düşüb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, insident yerli vaxtla saat 22:00-da baş verib. Qayıqda 62 İndoneziya vətəndaşı olub. Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir. İndiyə qədər 34 nəfərin xilas olduğu bildirilir.

Hadisəyə səbəb kimi qayığın mühərrikinin nasazlığı və dənizdə olan yüksək dalğalar göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.