DÜNYA


Malayziyada radarlardan itən hərbi təyyarənin qalıqları tapılıb

Tokio, 16 iyun, AZƏRTAC 

Malayziyanın hərbi-hava qüvvələri (HHQ) iyunun 15-də radarlardan itmiş Kral Hava Qüvvələrinə məxsus təyyarənin qalıqlarını tapıb. Bu barədə HHQ məlumat yayıb.

Məlumatda deyilir: “Təhlükəsizliyin təmini və istintaqın aparılması məqsədilə ərazi əhatəyə alınıb. Malayziya Kral Hava Qüvvələri təyyarənin qalıqlarının araşdırılması ilə məşğuldur”. Həmçinin qeyd edilir ki, təyyarədəki iki pilotun cəsədi bir gün əvvəl tapılıb.

Xatırladaq ki, Malayziyanın Kral Hava Qüvvələrinə məxsus hərbi təyyarə iyunun 15-də Kuantan bazasından 51 kilometr məsafədə qəzaya uğrayıb. Bazadan yerli vaxtla saat 11:00-da havaya qalxan təyyarə ilə əlaqə 30 dəqiqə sonra, Pahanq və Terehqqanu ştatlarının sərhədində kəsilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.