DÜNYA


Malayziyada terror aktı hazırlayanlar həbs ediliblər

A+ A

Tokio, 31 avqust, AZƏRTAC

Malayziyanın hüquq mühafizə orqanları avqustun 31-də qeyd edilən Müstəqillik Günü terror aktı hazırlayan üç nəfər İŞİD tərəfdaşını həbs edib. Bu barədə ölkə polisinin rəhbəri Xalid Abu Bakar bəyanatla çıxış edib.

Onun sözlərinə görə, aktın ideoloji rəhbəri İŞİD sıralarında yüksək mövqe tutan suriyalı yaraqlı Muhammad Vandidir. Həbs edilənlər birbaşa ondan göstərişlər alaraq, ticarət-əyləncə mərkəzlərində, polis bölmələrində və Selanqor ştatındakı indus məbədində terror aktı hazırlayırmışlar.

X.Abu Bakar əlavə edib ki, həbs olunanların yaşı 20-27 arasındadır və onlardan qranatlar, odlu silahlar götürülüb. Həmin şəxslər terror aktlarından sonra Malayziyanı tərk edərək Suriyaya getməyi planlaşdırırmışlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.