QAN YADDAŞI
Malayziyanın “Harakah” qəzetində “Xocalıda qətliam, Ermənistan insanlığı məhv edir” adlı məqalə dərc olunmuşdur
Kuala-Lumpur, 30 aprel (AZƏRTAC). Malayziyanın “Harakah” qəzetində Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımı haqqında malay dilində “Xocalıda qətliam, Ermənistan insanlığı məhv edir” adlı məqalə dərc olunmuşdur.
Məqalədə Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə qəzetin müxbirinin suallarını cavablandırmış, Xocalıda Ermənistanın işğalçı qoşunları tərəfindən törədilmiş vəhşiliklərdən danışmışdır.
Məqalədə Səriyyə Müslümqızının cari ilin fevralında səfirlik tərəfindən malay dilinə tərcümə edilmiş “Xocalı uşaqları, qan içində qar çiçəyi” povestindən parçalar da verilmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala-Lumpur