DÜNYA


Malayziyanın itmiş “Boeing-777” təyyarəsinin axtarışları yanvarın sonunda dayandırılacaq

Tokio, 6 yanvar, AZƏRTAC

Malayziya Hava Yolları Şirkətinə məxsus, 2014-cü ilin martında itmiş “Boeing-777” sərnişin təyyarəsinin axtarışları iki həftədən sonra dayandırılacaq. Bu barədə Malayziyanın nəqliyyat naziri Liou Tionq Lay məlumat verib.

Nazirin sözlərini sitat gətirən “The Star” qəzeti yazır: “Biz artıq birbaşa finişə çıxmışıq və iki həftədən sonra axtarışlar dayandırılacaq. Bundan sonra ictimaiyyəti məlumatlandıracağıq”. Nazir əlavə olaraq bildirib ki, Avstraliya, Çin və Malayziyanın nümayəndələrinin görüşündə sonrakı addımlar müzakirə ediləcək. Onun sözlərinə görə, əməliyyatın iştirakçıları təyyarənin tapılacağına böyük ümid bəsləyirlər.

Üç ölkənin nümayəndələri qeyd edilən əməliyyat zamanı Hind okeanının cənub hissəsində 120 min kvadratkilometr ərazini tədqiq etsələr də, itmiş təyyarənin izinə rast gəlməyiblər. Bununla yanaşı, Mavrikiya, Mozambik, Tanzaniya və CAR sahillərində həmin təyyarənin dörd parçası aşkar edilib. L.T.Lay əlavə olaraq bildirib ki, əməliyyatın başa çatdırılmasına baxmayaraq, tərəflər axtarışlardan imtina etmək fikrində deyillər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.