Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Malayziyanın nüfuzlu “Getway” jurnalında “Azərbaycanın ürəyi, Nuh peyğəmbərin məskən saldığı müqəddəs diyar-Naxçıvan” sərlövhəli məqalə dərc olunmuşdur VİDEO

Kuala-Lumpur, 13 iyun (AZƏRTAC). Malayziyanın nüfuzlu “Getway” jurnalında Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr edilmiş “Azərbaycanın ürəyi, Nuh peyğəmbərin məskən saldığı müqəddəs diyar-Naxçıvan” sərlövhəli məqalə dərc olunmuşdur.

Azərbaycanın Malayziyadakı səfirliyinin təşəbbüsü ilə dərc olunmuş məqalədə qeyd edilmişdir ki, Azərbaycanın ən qədim ərazilərindən olan, “Şərqin qapısı” adlandırılan Naxçıvan dünya sivilizasiyalarının mərkəzlərindəndir. Azərbaycan xalqı bu diyarda tarixi çox qədimlərə gedib çıxan zəngin mədəniyyət yaratmışdır.

Müəllif yazır ki, sistemli araşdırmalar, arxeoloji qazıntılar sübut etmişdir ki, Azərbaycanın tərkib hissəsi olan Naxçıvan 5000 ildən çox yaşı ilə dünyanın ən qədim yaşayış məskənlərindəndir. Naxçıvanın “İpək Yolu” kimi qədim ticarət yollarının qovşağında yerləşməsi bu ərazidə sivilizasiyanın inkişafına təkan vermişdir.

Məqalədə vurğulanmışdır ki, Naxçıvan müalicəvi iqlimi, dərman bitkilərinin bolluğu, şəfalı mineral suları ilə fərqlənir. “Land of miracle and splendid waters” adlandırılan Naxçıvan Azərbaycanın mineral su ehtiyatlarının 60 faizinə sahibdir. Mineral suların əksəriyyəti müalicə əhəmiyyətlidir.

Naxçıvanın digər bir möcüzəli təbii səhiyyə ocağı “Duzdağ” Fizioterapiya Mərkəzidir. Naxçıvanın rəmzlərindən biri sayılan, təbii ehtiyatları 90 milyon ton təşkil edən bu mərkəz saf və təmiz duz istehsalı ilə yanaşı, həm də şəfaverici xüsusiyyətlərinə görə tanınmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin göstərişinə əsasən aparılan abadlıq və yenidənqurma işlərindən sonra mərkəzdə vəziyyət daha da yaxşılaşmışdır. Burada il ərzində 1600-1700 xəstə qəbul edilir.

Yazıda qeyd edilmişdir ki, bəşəriyyətin ən qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanda 1162 tarixi mədəniyyət abidəsi vardır. Məhz bəşər övladının ilk mədəni nümunələrinin qorunduğu və Nuhun gəmisinin lövbər saldığı Gəmiqaya abidəsi, əsrlərə meydan oxuyan, yaşı min ildən çox olan Möminə Xatun türbəsi, azərbaycanlıların qəhrəmanlıq simvolu, 14 il Əmir Teymurun qoşunları ilə mübarizədə təslim olmamış Əlincə qalası Naxçıvanda yerləşir.

Naxçıvan çox əhəmiyyətli dini ziyarətgahlardan birinə ev sahibliyi edir. Müqəddəs Qurani Kərimin “Əl- Kəhf” surəsində bəhs edilən Əshabi-Kəhf (mağara sakinləri) ziyarətgahı da məhz Naxçıvandadır.

Mühüm strateji coğrafi mövqeyi ilə seçilən Naxçıvan tarix boyunca hegemon dövlətlərin hücumlarına məruz qalmışdır. Bu torpaqlara Makedoniyalı İsgəndər, Roma və Bizans imperatorları, ərəb xəlifələri, osmanlı sultanları, rus çarları qoşunlar göndərmişlər. Lakin igid azərbaycanlılar ana vətənlərini rəşadətlə qorumuş, onu düşmən tapdağı altında inləməyə qoymamışdır. Hətta Sovet İmperiyasının bütün məkrli siyasi addımlarına və fiziki olaraq Azərbaycandan ayrı salınmağına baxmayaraq, Naxçıvan diyarını Azərbaycandan qopartmağa heç kim müyəssər olmamışdır.

Məqalədə qeyd edilmişdir ki, 1920-ci il aprelin 28-də Azərbaycana sovet ordusunun hərbi müdaxiləsi və Azərbaycan Xalq Cümhuriyyətinin süqutu regionda ümumi vəziyyəti tamamilə dəyişmişdi. Ermənistanın sovetləşməsindən sonra Sovet Rusiyası Naxçıvan torpaqlarının Azərbaycandan ayrılması siyasətini həyata keçirməyə çalışırdı. Zəngəzur quberniyasının Sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsindən sonra Naxçıvan Azərbaycandan ayrı düşmüşdü. Buna baxmayaraq, 1921-ci ildə Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş referendumda əhalinin 90 faizindən çoxu Azərbaycanın tərkibində Naxçıvana muxtariyyət statusunun verilməsinə səs vermişdi. Naxçıvanın tarixi taleyi Moskva (1921-ci il) və Qars (1921-ci il) müqavilələri ilə müəyyən edilmişdi. Bu beynəlxalq müqavilələrlə Naxçıvan Azərbaycanın şəksiz ayrılmaz tərkib hissəsi kimi təsbit edilmişdir. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin fərmanı ilə 1924-cü il fevralın 9-da Moskva və Qars beynəlxalq müqavilələrinin müddəaları əsasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikası yaradılmışdır.

Yazıda bildirilmişdir ki, dünyada və regionda gedən gərgin tarixi və siyasi proseslər nəticəsində Naxçıvan Muxtar Respublikası XX əsrin sonlarında yenidən dünyanın qaynar nöqtələrindən birinə çevrilmişdir. Sovet İttifaqının son günlərində yaranmış siyasi vəziyyətdən istifadə etməyə çalışan ermənilər məkrli planlarını davam etdirərək Naxçıvanı Azərbaycandan qoparmağa cəhd etmişlər. Nəticədə Azərbaycan Respublikası bir daha erməni terrorizmi ilə üzləşmişdi. Ermənistan ərazisində yaşayan azərbaycanlılar öz ata-baba yurdlarından sürgün edilmiş, Qarabağ və Naxçıvan üzərinə silahlı hücumlar başlanmışdır.

Məqalədə vurğulanmışdır ki, Naxçıvan əhalisinin təkidli tələbi ilə 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etməyə razılıq vermiş ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü (1990-1993) Azərbaycan tarixinin möhtəşəm səhifələrindəndir. Ulu öndər Heydər Əliyev Naxçıvanı Azərbaycanın müstəqillik mübarizəsinin ideya və real fəaliyyət mərkəzinə çevirmişdi. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanın milli dövlət rəmzləri ilk dəfə Naxçıvanda qəbul edilmiş, Naxçıvan Muxtar Respublikasının adından “Sovet sosialist” sözləri çıxarılmış, kommunist partiyasının yerli orqanlarının işi dayandırılmışdır. Sovet qoşunları bölgədən çıxarılmış, aqrar islahatlar aparılmış, tarixi ədaləti və müstəqil dövlətçilik prinsiplərini bərqərar edən fərmanlar imzalanmışdır.

Oxucuların diqqətinə çatdırılmışdır ki, bu gün də Naxçıvan Azərbaycanın idarəçiliyində muxtar respublika kimi mövcudluğunu qoruyur və inkişaf edir. Naxçıvanın inkişafı gündən-günə daha da sürətlənir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Naxçıvanın muxtariyyətinə belə şərh vermişdir: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi ən böyük tarixi nailiyyət idi”.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi barədə Sərəncamına əsasən bu əlamətdar hadisənin yalnız Azərbaycanda deyil, dünyanın digər ölkələrində də qeyd olunması xüsusilə vurğulanmışdır.

Məqalə aşağıdakı fikirlərlə tamamlanmışdır: “Naxçıvan Azərbaycanın istər tarixinin, istərsə də mədəniyyətinin ən əhəmiyyətli parçasıdır. Öz əsrarəngizliyi ilə insanları heyran qoyan Nuh peyğəmbərin möcüzəli məskəni dünyanın mütləq ziyarət olunmalı bölgələrindəndir”.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Kuala-Lumpur

Malayziyanın nüfuzlu “Getway” jurnalında “Azərbaycanın ürəyi, Nuh peyğəmbərin məskən saldığı müqəddəs diyar-Naxçıvan” sərlövhəli məqalə dərc olunmuşdur VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir