DÜNYA


Malayziyanın şərqində güclü daşqınlar gözlənilir

A+ A

Tokio, 31 oktyabr, AZƏRTAC

Malayziyanın xilasetmə xidməti ölkənin şərqində güclü daşqınların gözlənildiyi barədə xəbərdarlıq yayıb. Xəbərdarlığa əsasən, daşqınlar nəticəsində 100 mindən çox insan zərər çəkə bilər. Oktyabrın 31-də “The Star” qəzetinin yazdığına görə, vəziyyət noyabrın ortalarında, yağışlı günlər başladıqdan sonra ağırlaşacaq.

Pahanq ştatında yerli hakimiyyət orqanları qaçqınların yerləşdirilməsi üçün artıq 700-dən çox müvəqqəti sığınacaq yaradıb və onların sayının ehtiyac yaranacağı təqdirdə artırılacağı bildirilir. Noyabrın ikinci yarısında başlanacaq yağışlı hava şəraitinin yanvara qədər davam edəcəyi təqdirdə, bir çox rayonlarda güclü daşqınlar və torpaq sürüşmələri gözlənilir.

Ölkənin digər ştatlarında da gözlənilən yağışlı hava şəraiti ilə bağlı hazırlıq işləri aparılır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.