DÜNYA


Malayziyanın şimal-şərqində “AirAsia” şirkətinə məxsus təyyarə uçuş-enmə zolağından çıxıb

A+ A

Tokio, 2 noyabr, AZƏRTAC.

“AirAsia” şirkətinə məxsus təyyarə Malayziyanın şimal-şərqində yerləşən Kelantan ştatının inzibati mərkəzi Kota-Barudan havaya qalxmaq istəyərkən uçuş-enmə zolağından çıxıb. Bu barədə “The Star” qəzeti məlumat yayıb.

Asiyanın ən böyük büdcə aviadaşıyıcısının yaydığı məlumatda qeyd edilir ki, hadisə zamanı heç kim xəsarət almayıb. Sərnişinlərin mehmanxanalara yerləşdirilməsinə və sonradan təyinat məntəqəsinə - Kuala Lumpura çatmalarına lazımi kömək göstərilib.

“Airbus A320” təyyarəsinin uçuş-enmə zolağından çıxmasının səbəbləri araşdırılır.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.