SİYASƏT


Malena Mard: Azərbaycan ilə münasibətlərimizi möhkəmləndirmək istəyirik VİDEO

A+ A

Bakı, 1 oktyabr, Ceyhun Alışlı, AZƏRTAC

Azərbaycan ilə Avropa İttifaqı arasındakı alt komitələr artıq öz fəaliyyətini bərpa edir. Oktyabrın ortalarında müvafiq görüşlərin keçirilməsi nəzərdə tutulur. Həmin görüşlərdən sonra növbəti məsələlər haqqında danışmaq mümkün olacaq.

Bu fikirləri jurnalistlərə müsahibəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib. O bildirib ki, “Avropa şəhərciyi” layihəsində Avropa İttifaqına üzv ölkələr geniş tərkibdə iştirak edirlər. Bu, Avropa İttifaqının Azərbaycanla tərəfdaşlığı bilavasitə davam etdirmək niyyətində və qərarında olduğunu göstərir. “Azərbaycanla güclü tərəfdaşlığımızı davam etdirməklə yanaşı, istər islahatların aparılması, istərsə də təhsil sahəsində müvafiq mübadilə proqramlarının həyata keçirilməsi ilə bağlı münasibətlərimizi daha da möhkəmləndirmək istəyirik”, - deyə xanım diplomat bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.