İQTİSADİYYAT


Malena Mard: Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün mühüm islahatlar aparılır

Bakı, 8 iyun, Sevda Cəfərova, AZƏRTAC

Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacağına ümid etdiyimiz yeni sazişdə geniş çeşidli fəaliyyət sahələri bir araya gələcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard III Aİ-Azərbaycan biznes-forumunda deyib.

O bildirib ki, hazırda tərəflər Əməkdaşlıq və Tərəfdaşlıq sazişi əsasında əməkdaşlıq edir: “Lakin bu saziş imzalanandan sonra çox hadisə baş verib. Biz bir araya gəlib yeni hüquqi çərçivənin yaranması istiqamətində iş aparmalıyıq. Bu saziş yeni imkanlardan maksimum yararlanmağa imkan verəcək. İqtisadi əməkdaşlıq da sazişdə əksini tapacaq. Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Azərbaycanda xarici investisiyanın 50 faizi Aİ ölkələrinin payına düşür. Aİ Azərbaycanla qeyri-neft sektoru sahəsində tərəfdaş olmaq istəyir. Biz Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün mühüm islahatların aparıldığını görürük”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.