DÜNYA


Malidə turist düşərgəsinə silahlı hücum olub

Bakı, 18 iyun, AZƏRTAC

Malinin paytaxtı Bamako şəhərində turist düşərgəsinə silahlı hücum olub.

AZƏRTAC “lefigaro.fr” saytına istinadla bildirir ki, əsasən Qərb turistlərinin baş çəkdiyi məkana hücum hazırda davam edir. Hadisə nəticəsində zərər çəkənlər barədə hələlik dəqiq məlumat yoxdur.

Yaxınlıqda olanlar AFP-nin müxbirinə bildiriblər ki, hadisə yerində atəş səsləri eşidilib və havaya tüstü dumanı qalxıb. Mali ordusunun və Fransanın Barkanedə yerləşən antiterror qüvvələri hadisə yerinə cəlb olunublar. Əməliyyat davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.