DÜNYA


Malidə yaraqlılar hərbi bazanı ələ keçirib, hərbçilər əks hücuma hazırlaşır

A+ A

Bakı, 19 iyul, AZƏRTAC

İyulun 19-da yaraqlılar Malinin mərkəzində yerləşən Nampala şəhərindəki hərbi bazaya hücum edərək onu ələ keçirib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hərbçilər Diabal şəhərində yenidən qruplaşaraq əks hücum üçün hazırlıqlara başlayıb.

Xatırladaq ki, Malidə təhlükəsizlik sahəsində vəziyyət 2015-ci il noyabrın 20-də bir qrup yaraqlının paytaxt Bamakodakı Radisson otelinə basqınından sonra xeyli qəlizləşib. 19 nəfərin ölümünə səbəb olan həmin hücumun məsuliyyətini İŞİD-lə əlaqəsi olan “Əl-Murabitun” qruplaşması öz üzərinə götürüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.