DÜNYA


Malinin paytaxtında turist düşərgəsinə hücum nəticəsində azı 2 nəfər ölüb

Bakı, 19 iyun, AZƏRTAC

Malinin paytaxtı Bamako yaxınlığında turist düşərgəsinə silahlı hücum iki nəfərin ölümü ilə nəticələnib.

AZƏRTAC “lefigaro.fr” saytına istinadla bildirir ki, keçirilən xüsusi əməliyyat nəticəsində 36 girov silahlılardan azad edilib.

Xüsusi əməliyyat zamanı iki hərbçi həyatını itirib. Onlardan biri fransız-qabon mənşəlidir. Digər hərbçinin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır. Silahlıların sayı barədə məlumat verilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.