İQTİSADİYYAT


Maliyyə Bazarlarına Nəzarət Palatası bank əməkdaşları üçün təlim keçirib

A+ A

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) təşkilatçılığı ilə Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyi (ATTF) tərəfindən bank əməkdaşları üçün təlim təşkil edilib.

MBNP-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Bank sistemində risklərin idarə edilməsi” mövzusunda təşkil edilmiş dördgünlük proqramda ekspert qismində ATTF-in mütəxəssisi Paul Kleinbart çıxış edib.

Dörd moduldan ibarət təlim proqramı zamanı bank sahəsində risklərin idarə edilməsinin əsasları, o cümlədən əməliyyat risklərinin ölçülməsi və idarə edilməsinə dair problemlərin həlli yolları araşdırılıb, praktik tapşırıqlar yerinə yetirilib.

Təlimin birinci hissəsini müvəffəqiyyətlə keçmiş iştirakçılar proqramın ikinci hissəsində iştirak etmək hüququnu əldə edirlər. Sonda proqramı uğurla bitirmiş iştirakçılara beynəlxalq dərəcəli sertifikat təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.