İQTİSADİYYAT
Maliyyə Bazarlarına Nəzarət Palatası iki bankın filial və şöbəsinin açılmasına icazə verib
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının 15 oktyabr 2016-cı il tarixli qərarına əsasən, “Naxçıvanbank” ASC-nin “Ordubad rayon” filialı və “Kapital Bank” ASC-nin “Bakı Limanı” şöbəsinin açılması üçün icazə verilib.
AZƏRTAC Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadla xəbər verir ki, sözügedən banklar tərəfindən struktur bölmələrinin fəaliyyətə başlamaları üçün palataya daxil olmuş müraciətlər müsbət dəyərləndirilib və onların açılmasına dair qərar qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]