İQTİSADİYYAT


Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatlarına dair bir sıra qərarlar qəbul edib

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 2016-cı il 30 sentyabr tarixli qərarına əsasən, “Naxçıvan Kredit” bank olmayan kredit təşkilatı (BOKT) MMC-nin kreditlərin verilməsi üçün verilmiş lisenziyası müraciəti əsasında ləğv edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, “Naxçıvan Kredit” BOKT MMC-nin təsisçilərinin ümumi yığıncağı tərəfindən BOKT-in könüllü ləğv edilməsinə dair qərar qəbul edilib və bununla əlaqədar Palataya müraciət olunub.

“Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsini və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinin 5.3.20-ci bəndini rəhbər tutaraq “Naxçıvan Kredit” BOKT MMC-yə kreditlərin verilməsi fəaliyyətinə verilmiş 2006-cı il 6 iyul tarixli 192-QB nömrəli lisenziyasını ləğv edib.

Palatanın Direktorlar Şurasının digər qərarı ilə poçt rabitəsinin milli operatoru olan “Azərpoçt” MMC-nin 7 şöbəsinə əsasnamələri ilə nəzərdə tutulmuş maliyyə xidmətlərinin həyata keçirilməsi üçün icazələrin verilməsinə dair qərar qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.