İQTİSADİYYAT


Maliyyə Bazarlarına Nəzarət Palatası təcrübə proqramına qəbul üçün müsabiqə elan edib

Bakı, 10 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası fəaliyyət istiqamətləri üzrə tələbə və məzunların nəzəri biliklərinin praktikada tətbiqi, onların bu sahədə peşə vərdişləri və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə 2017-ci il üzrə təcrübə proqramına qəbul üçün müsabiqə elan edib.

Palatanın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təcrübə proqramı hüquq, bank, sığorta və kapital bazarlarına, həmçinin ödəniş sistemlərinə nəzarət, prudensial siyasət və metodologiya, beynəlxalq əlaqələr, maliyyə, insan resurslarının idarə edilməsi, eləcə də katiblik istiqamətləri üzrə keçiriləcək.

Təcrübə proqramında bakalavr pilləsinin məzunları və magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilər. Proqram cari ilin sentyabr – dekabr aylarını əhatə edəcək. Təcrübə proqramında iştirak etmək istəyənlər "Təcrübə proqramında qəbul üçün müraciət anketi", şəxsiyyət vəsiqəsi və diplomun elektron nüsxələrini [email protected] elektron poçt ünvanına göndərməlidirlər. Proqramda iştirak üçün son müraciət tarixi sentyabrın 1-dir.

Proqrama dair ətraflı məlumatlar http://fimsa.az/pages/53 səhifəsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.