İQTİSADİYYAT


Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi qaydaları təsdiq edilib

Bakı, 19 aprel, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının qərarı ilə təsdiq edilmiş "Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları" aprelin 19-dan etibarən qüvvəyə minir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Qaydalar aparıcı ölkələrin maliyyə bazarlarına nəzarət orqanlarının təcrübəsindən istifadə edilməklə hazırlanıb.

Qaydalara əsasən, MBNP-yə banklar, bank olmayan kredit təşkilatları, poçt rabitəsinin milli operatoru, sığortaçılar və təkrarsığortaçılar, fond birjaları, investisiya şirkətləri, mərkəzi depozitar, klirinq təşkilatları, investisiya fondları, investisiya fondunun idarəçisi, investisiya fondunun depozitarı, kredit büroları, lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla), idman mərc oyunlarının operatorları tərəfindən haqlar ödənilir.

Nəzarət subyektləri tərəfindən ödənilən haqlar dövri ödənişlər və yığımlar formasında həyata keçirilir. Dövri ödənişlər hər bir nəzarət subyekti tərəfindən fəaliyyət istiqaməti və fərqləndirmə meyarı nəzərə alınmaqla müəyyən edilib və rüblük əsasda həyata keçiriləcək.

Qaydalara əsasən, banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün fərqləndirmə meyarları onların əvvəlki ilin dekabrın 31-nə olan aktivləri əsas götürülərək hesablanır. Banklar və BOKT-lar tərəfindən ödəniləcək haqlar bu nəzarət subyektlərinin cəmi aktivlərinə əsasən təsnifləşdirilib. Belə ki, cəmi aktivləri 1 milyard manatdan çox olan banklar MBNP-yə sabit olaraq – 800 min manat, cəmi aktivləri 500 milyon-1 milyard manat arası olan banklar – 500 min manat, cəmi aktivləri 500 milyon manatdan az olan banklar isə 300 min manat ödəyir.

Cəmi aktivləri 20 milyondan çox olan BOKT-lar sabit olaraq – 50 min manat, cəmi aktivləri 3-20 milyon arası olan BOKT-lar – 30 min manat, cəmi aktivləri 3 milyon manatdan az olan BOKT-lar isə MBNP-yə 15 min manat ödəyirlər.

Qaydalara əsasən, poçt rabitəsinin milli operatoru, fond birjaları, investisiya şirkətləri, klirinq təşkilatları, investisiya fondları, investisiya fondlarının idarəçiləri, lotereya təşkilatçıları və idman mərc oyunlarının operatorlarının dövri ödənişləri üçün, həmçinin sabit məbləğ müəyyən edilib.

Sığortaçılar və təkrarsığortaçılar üzrə dövri ödənişlər hər rübün sonuna daxil olmuş sığorta və təkrarsığorta haqlarının həcminə əsasən hesablanmaqla Qaydalarla müəyyən edilən maksimum hədlə məhdudlaşır.

Kredit bürolarının dövri ödənişləri cari ildə topladıqları haqlara əsasən hesablanmaqla, mərkəzi depozitarın dövri ödənişləri isə əvvəlki ilin xalis mənfəətinə əsasən hesablanmaqla Qaydalarla müəyyən edilən maksimum hədlə məhdudlaşır.

Qaydalarla təsdiqlənmiş yığımlar MBNP-nin əməkdaşları tərəfindən növbədənkənar (əlavə) yoxlamaların keçirilməsi, həmçinin nəzarət subyektlərinin qanunla müəyyən edilmiş vəzifəli şəxslərinin attestasiyasının keçirilməsi ilə əlaqədar sərf olunan müddət nəzərə alınmaqla müəyyən edilib. Bütün nəzarət subyektlərində yerində yoxlamaların keçirilməsi zamanı 1 adam/saat üçün 30 manat müəyyənləşdirilib.

Təsdiqlənmiş Qaydalara əsasən, nəzarət subyektləri tərəfindən MBNP-yə ödənilən haqların və yığımların məbləği aşağıdakı cədvəllərə uyğun müəyyən edilib:

Nəzarət subyektlərinin illik dövri ödəniş

CƏDVƏLİ

 

 

 

AZN-lə ifadə edilmişdir

Nəzarət subyekti

Fərqləndirmə meyarı

Ödəniləcək məbləğ

Maksimum hədd

Bank

Cəmi aktivləri 1 milyarddan çox

Sabit məbləğ

800.000

 

Cəmi aktivləri 500 milyon – 1 milyard arası

Sabit məbləğ

500.000

 

Cəmi aktivləri 500 milyondan az

Sabit məbləğ

300.000

 

Bank olmayan kredit təşkilatı

Cəmi aktivlər 20 milyondan çox

Sabit məbləğ

50.000

 

Cəmi aktivləri 3-20 milyon arası

Sabit məbləğ

30.000

 

Cəmi aktivləri 3 milyondan az

Sabit məbləğ

15.000

 

Poçt rabitəsinin milli operatoru

 

Sabit məbləğ

70.000

 

Sığortaçı

(Qeyri-həyat)

Daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda

180.000 + (H[1] – 30 mln)×1%

Bir sığortaçı üzrə

700 000

Daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda

40.000 + (H – 10 mln)×0.70%

Daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda

H × 0.40%

Sığortaçı (Həyat)

 

Daxil olan sığorta və təkrarsığorta haqları 30 milyondan çox olduqda

198.000 + (H – 30 mln)×1.1%

Bir sığortaçı üzrə

750 000

Daxil olan sığorta və təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda

44.000 + (H – 10 mln)×0.77%

Daxil olan sığorta və təkrarsığorta haqları 10 milyondan az olduqda

H × 0.44%

Təkrarsığortaçı (müstəsna fəaliyyət növü olduqda)

Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 30 milyondan çox olduqda

180.000 + (H – 30 mln)×1%

Bir təkrarsığotaçı üzrə

700.000

Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 10-30 milyon aralığında olduqda

40.000 + (H – 10 mln)×0.70%

Xaricdən və daxildən daxil olan təkrarsığorta haqları 10 milyondan az olduqda

H × 0.40%

Fond birjası

 

Sabit məbləğ

15.000

 

İnvestisiya şirkəti

                   

Sabit məbləğ

10.000

 

Mərkəzi depozitar

 

İllik xalis mənfəətinin 30%

250.000

Klirinq təşkilatı

 

15.000

 

İnvestisiya fondu

 

20.000

 

İnvestisiya fondunun idarəçisi

 

10.000

 

Kredit bürosu

 

Toplanan xidmət haqqının 10%-i

250.000

Lotereya təşkilatçısı

 

 

Sabit məbləğ

160.000

 

İdman mərc oyunları operatoru

 

Sabit məbləğ

475.000

 

 

YIĞIMLAR CƏDVƏLİ

AZN-lə ifadə edilmişdir

 

Fəaliyyət

Nəzarət subyektləri

Şərti vahid

Ödəniləcək məbləğ

Yerində yoxlamaların keçirilməsi

Bütün nəzarət subyektləri

1 adam/saat

30

        Attestasiya

bank inzibatçıları

1 nəfər

500

sığortaçıların rəhbər işçiləri

1 nəfər

300

investisiya şirkəti, fond birjası, klirinq təşkilatı və investisiya fondunun depozitarının icra orqanının üzvləri, investisiya şirkətinin filiallarının rəhbərləri

1 nəfər

500

səhmdar investisiya fondunun və idarəçinin icra orqanının üzvləri

1 nəfər

500

[1] H – İlin əvvəlindən artan yekunla daxil olmuş sığorta və təkrarsığorta haqları

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.