İQTİSADİYYAT


Maliyyə Bazarlarına Nəzarət Palatasında qeyri-formal Məşvərət Şurası fəaliyyət göstərir

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) qeyri-formal Məşvərət Şurası fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bildirib.

“Biz şurada bankların və sığorta şirkətlərinin rəhbərləri ilə mütəmadi olaraq görüşlər keçiririk, bank və sığorta sektorunda mövcud vəziyyətə dair baxışlarımızı, təhlillərimizi bankların yüksək menecerlərinə təqdim edirik. Eyni zamanda, bütövlükdə iqtisadiyyatda bizi narahat edə bilən məqamları müzakirə edirik, fikir mübadiləsi aparırıq. Sonuncu belə görüş keçən həftə baş tutub”, - deyə R.Aslanlı qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.