İQTİSADİYYAT
Maliyyə Nazirliyinin 5 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib
Bakı, 1 iyun, AZƏRTAC
“Bakı Fond Birjası” QSC-də Maliyyə Nazirliyinin AZ0102014492 ISIN kodlu, tədavül müddəti 91 gün olan 5 milyon manat məbləğində dövlət istiqrazları üzrə hərrac keçirilib.
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı dövlət istiqrazları üzrə investorlar tərəfindən təqdim edilən sifarişlərin nominal üzrə ümumi məbləği 25,8 milyon manat təşkil edib.
Maliyyə Nazirliyi tərəfindən 5 milyon manat məbləğində dövlət istiqrazların gəlirlilik səviyyəsi eyni dövriyyə müddətli ötən buraxılışla müqayisədə 1,87 faiz dərəcəsi aşağı olaraq, rəqabətli sifarişlər üzrə 97,5675 kəsmə qiyməti (gəlirlilik 10,1387 faiz) və 97,8326 orta ölçülmüş qiyməti (gəlirlilik 9,0093 faiz) ilə müəyyən edilib.
İstiqrazlar avqustun 30-da ödəniləcək.