İQTİSADİYYAT


Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək

Bakı, 9 iyun, AZƏRTAC

İyunun 13-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, istiqrazların ümumi həcmi 5 milyon manat, hər bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 728 gün, faiz gəliri 15 faiz, ödəmə tarixi 2019-cu il iyunun 11-dir.

“PAŞA Kapital” QSC anderrayter vəzifəsində çıxış edir.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.