İQTİSADİYYAT


Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazları üzrə hərrac keçiriləcək

A+ A

Bakı, 28 oktyabr, AZƏRTAC

Noyabrın 1-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, istiqrazların ümumi həcmi 22 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 91 gün, ödəmə tarixi 2017-ci il yanvarın 31-dir.

Hərracda "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC anderrayter vəzifəsində çıxış edəcək.

Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.