İQTİSADİYYAT


Maliyyə Nazirliyinin ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 23 may, AZƏRTAC

Mayın 23-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0105004557 ISIN kodlu, 728 gün tədavül müddətli, 20 milyon manat həcmində ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı bir investor tərəfindən 1 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 3,000,000.00 manat təşkil edib. Sifarişlər 100.00 manat (15.0000 faiz) və 100.00 manat (15.0000 faiz) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 100.00 manat (15.0000 faiz), orta ölçülmüş qiyməti 100.00 manat (15.0000 faiz) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar mayın 24-də həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 3,000,000.00 manat olub. İstiqrazlar 2019-cu il mayın 21-də ödəniləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.