İQTİSADİYYAT


Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

A+ A

Bakı, 11 oktyabr, AZƏRTAC

Oktyabrın 11-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0104014516 ISIN kodlu, 364 gün tədavül müddətli, 15 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 8 investor tərəfindən 15 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 37,543,900.00 manat təşkil edib.

Sifarişlər 82.0500 manat (21.9974 faiz) və 87.7100 manat (14.0892 faiz) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 86.9876 manat (15.0413 faiz) orta ölçülmüş qiyməti 87.0407 manat (14.9708 faiz) olub. Bağlanılmış əqdlər üzrə hesablaşmalar oktyabrın 12-də (t+1) həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 15 milyon manat təşkil edib. İstiqrazların ödəmə tarixi 2017-ci il oktyabrın 10-dur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.