İQTİSADİYYAT


Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

A+ A

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0102017511 ISIN kodlu, 182 gün tədavül müddətli, 20 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 4 investor tərəfindən 8 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 7,136,200.00 manat təşkil edib. Sifarişlər 91.3000 manat (19.2159 faiz) və 93.3000 manat (14.4812 faiz) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 91.3000 manat (19.2159 faiz) orta ölçülmüş qiyməti 92.1575 manat (17.1608 faiz) olub. Bağlanılmış əqdlər üzrə hesablaşmalar oktyabrın 19-da (t+1) həyata keçiriləcək.

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 7,136,200.00 manat təşkil edib. İstiqrazların ödəmə tarixi 2017-ci il aprelin 18-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.