İQTİSADİYYAT
Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 25 oktyabr, AZƏRTAC
Oktyabrın 25-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0102018519 ISIN kodlu, 182 gün tədavül müddətli, 17 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 6 investor tərəfindən 11 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 23,338,100.00 manat təşkil edib.
Sifarişlər 90.0000 manat (22.4063 faiz) və 93.0700 manat (15.0154 faiz) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 90.9775 manat (19.9989 faiz) orta ölçülmüş qiyməti 91.5657 (18.5750 faiz) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar oktyabrın 26-da (t+1) həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 17 milyon manatdır. İstiqrazların ödəmə tarixi 2017-cı il aprelin 25-dir.
Həmin gün BFB-də Maliyyə Nazirliyinin manat nominallı, AZ0104019515 ISIN kodlu, 364 gün tədavül müddətli, 10 milyon manat həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə keçirilən hərracda 4 investor tərəfindən 9 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 17,736,800.00 manat təşkil edib. Sifarişlər 83.3500 manat (20.0860 faiz) və 87.0940 manat (14.9001 faiz) qiymət intervalında təqdim edilib.
Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 86.9876 manat (15.0413 faiz) orta ölçülmüş qiyməti 86.9919 manat (15.0356 faiz) olub.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar oktyabrın 26-da həyata keçiriləcək. İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 10 milyon manat təşkil edib. İstiqrazların ödəmə tarixi gələn il oktyabrın 24-dür.